Əsas səhifə » İsrailin Qəzzaya səkkiz aydır davam edən hücumunun ağır nəticələri

İsrailin Qəzzaya səkkiz aydır davam edən hücumunun ağır nəticələri

Bakı. AzerVoice:

Beynəlxalq Ədalət Məhkəməsinin hərbi əməliyyatları durdurmaq haqqında verdiyi qərara rəğmən İsrailin bölgədə yaratdığı humanitar böhran, hava və quru hücumları nəticəsində 36 min 654 Fələstinli ölüb.

AzerVoice xəbər verir ki, İsrailin bu müddət ərzində həyata keçirdiyi hücumlarda 77 min ton bombadan istifadə edib.
Bu gün də davam edən hava və quru hücumları nəticəsində 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 654 fələstinli öldürülüb, 83 min 309 fələstinli isə yaralanıb.

2,3 milyon məcburi köçkünün ümid yeri olan humanitar yardımların ölkəyə daxil olmasına qoyulan əngəllər bölgədə aclıq krizinə səbəb olub.

Həmçinin Birləşmiş Millətlər Təşkilatına aid binalar da daxil olmaqla məktəblər, xəstəxanalar, məscidlər və kilsələr kimi mülki əhalinin sığındığı müxtəlif tikililər İsrail qoşunları tərəfindən bombalanıb.

İsrail ordusunun hücumları nəticəsində 189 ictimai bina, 108 məktəb və universitet dağıdılıb, 313 məktəb və universitetə ​​isə qismən ziyan dəyib. Həmçinin 604 məscid tamamilə dağıdılıb, 200 məscid isə zərər görüb. Məscidlə yanaşı dağılan tikililər arasında üç kilsədə var.

Digər Kateqoriyalar

2025 © Azervoice