Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı
silahlardan atəşə tutub.
Bu barədə AzerVoice-a Müdafiə Nazirliyindən məlumat verilib.