Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Ombudsman Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

    22 Fevral 2024 12:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

    "Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür.

    Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilmiş, yerli əhaliyə qarşı soyqırımı cinayəti törədilmiş, şəhər yerlə yeksan olunmuşdur.

    Bu soyqırımı hadisəsində fundamental insan hüquqları, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanmışdır. Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülmüş, diri-diri yandırılmış, başının dərisi soyulmuş, digər dəhşətli işgəncələrə məruz qalmışdır. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

    Xocalı qətliamında “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq hüququ kobud şəkildə pozulmuşdur.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan edilmişdir.

    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması, kütləvi qırğınlara, etnik təmizləmə, irqi, dini və etnik ayrı-seçkilik hallarına qarşı böyük müqavimətin göstərilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilmiş, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur.

    İkinci Qarabağ müharibəsindən və ötən il həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindənsonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı Ağdam, Şuşa, Xocavənd, Füzuli, Kəlbəcər ərazilərində, həmçinin bir müddət əvvəl Xocalı rayonunun Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıqların tapılması, həmin məzarlıqlardakı insan qalıqlarının üzərində işgəncə izlərinin aşkarlanması Xocalıda törədilmiş soyqırımı zamanı soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini, azərbaycanlılara qarşı soyqırımı siyasətinin aparıldığını bir daha təsdiqləyir.

    Tərəfimizdən dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş dörd minə yaxın şəxsin taleyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı bir addım atmır, işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə məlumat vermir.

    Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti XX əsrin ən böyük qətliamlarından biri sayılan Xocalı soyqırımına hüquqi qiymət verməli, insanlıq əleyhinə yönəlmiş bu dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir".

    Ombudsman Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb
    #Səbinə Əliyeva #Xocalı faciəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsman Cenevrədə BMT-nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib

    27 Noyabr 2025 11:18

    Səbinə Əliyeva Monteneqro Ombudsmanına bu ölkədə saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı məktub ünvanlayıb

    29 Oktyabr 2025 12:42

    Bakı Kitab Sərgisində “Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimatı keçirilib

    8 Oktyabr 2025 13:26

    Qarabağdan Qəzzaya uşaqların qətli: Vicdanın sınağı

    1 İyun 2025 12:00

    Selçuk Bayraktar Xocalı Soyqırımının Qurbanlarını Anıb

    26 Fevral 2025 13:41

    Türkiyə Müdafiə Nazirliyi Xocalı Soyqırımı ilə əlaqəli paylaşım edib

    26 Fevral 2025 12:09

    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib

    26 Fevral 2025 09:36

    Türkiyə parlamentində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək

    15 Fevral 2025 10:02

    Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

    20 Noyabr 2024 15:14

    Ombudsman Türkiyədə törədilən terror aktını pisləyib

    24 Oktyabr 2024 11:19

    Səbinə Əliyeva beynəlxalq konfransda Ermənistanın ekosid və urbisid cinayətlərindən danışıb

    10 Oktyabr 2024 23:05

    Ombudsman Səbinə Əliyeva Prezident İlham Əliyevə təşəkkür edib

    2 Oktyabr 2024 15:21
    Demo
    XƏBƏR LENTİ

    Hüquq Bələdçisi - Beynəlxalq Sülh Mediasiyası: Qlobal Təhlükəsizliyin Görünməyən Dayaqları

    Sudanda ən böyük neft sahəsi RSF-in nəzarətinə keçib

    ABŞ Suriyada yeni hökuməti dəstəkləmək üçün sanksiyaları azalda bilər

    Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 488 milyon dolları keçib (ÖZƏL)

    Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib

    Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir

    Türkiyə sabah Türk dövlətlərinin enerji nazirlərinə ev sahibliyi edəcək

    General-mayor Kris Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi - ABŞ səfirliyi

    Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.