Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    BMT yeni Baş katib üçün namizədlik prosesini elan edib

    26 Noyabr 2025 10:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatı (BMT), növbəti Baş katibin müəyyən edilməsi üçün seçki prosesinə rəsmi şəkildə start verib. BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurası, üzv dövlətlərə namizədlərini təqdim etmələri üçün birgə məktub göndərib.

    AzerVoice xəbər verir ki, BMT Baş Assambleyasının Prezidenti Annalena Baerbock açıqlamasında bildirib ki, o və Təhlükəsizlik Şurasının cari sədrliyini həyata keçirən Syerra-Leonenin BMT Daimi Nümayəndəsi Maykl İmran Kanu məktubu imzalayaraq üzv ölkələrə təqdim ediblər.

    Baerbock, yeni Baş katibin seçiləcəyi dövrün BMT üçün “kritik bir mərhələyə” təsadüf etdiyini vurğulayaraq, artan münaqişələr, iqlim böhranı və humanitar ehtiyacların fonunda dünyanın BMT-yə hər zamankından daha çox ehtiyac duyduğunu qeyd edib.

    Birgə məktubda, indiyə qədər heç bir qadının BMT Baş katibi vəzifəsində çalışmamasının “üzücü” olduğu qeyd edilərək, yüksək səviyyəli qərarverici vəzifələrdə qadın və kişilər üçün bərabər imkanların təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.

    Məktuba əsasən, hər bir üzv dövlət təkbaşına və ya digər dövlətlərlə birlikdə yalnız bir namizəd irəli sürə bilər. Təhlükəsizlik Şurası təqdim edilən namizədləri 2026-cı ilin iyuluna qədər dəyərləndirərək seçilmiş namizədi Baş Assambleyanın səsverməsinə göndərəcək.

    Baş katib vəzifəsinə namizədlər Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən veto edilməməlidir. Gizli səsvermədə namizədin irəli çəkilməsi üçün Təhlükəsizlik Şurasında ən azı 9 səs, daha sonra Baş Assambleyada isə seçilmək üçün minimum 97 səs toplaması tələb olunur.

    Hazırkı Baş katib Antonio Quterreş 1 yanvar 2017-ci ildən bu vəzifəni icra edir və ikinci müddəti 31 dekabr 2026-da başa çatacaq.

    #BMT #Antonio Quterreş #BMT Baş katibi #Baş katib seçkiləri #BMT seçki prosesi #2026 seçkiləri #BMT rəhbərliyi #Beynəlxalq təşkilatlar #Gizli səsvermə prosesi #Üzv dövlətlərin namizəd irəli sürməsi #Diplomatik proseslər #Qadınların qərarvermədə təmsilçiliyi #BMT-nin islahat çağırışları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    4 Yanvar 2026 22:41

    Çin ABŞ-dan Maduronun dərhal azad edilməsini tələb edir

    4 Yanvar 2026 12:07

    BMT TŞ Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

    4 Yanvar 2026 09:40

    BMT bu ay terrorla bağlı hesabat təqdim edəcək

    3 Yanvar 2026 16:39

    BMT baş katibi İsraili Qəzzada humanitar təşkilatlara tətbiq edilən qadağanı ləğv etməyə çağırıb

    3 Yanvar 2026 10:42

    Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

    2 Yanvar 2026 22:16

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34

    Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə olunub

    29 Dekabr 2025 11:33

    BMT münaqişələrin həllində daha fəal olmalıdır - Tramp

    28 Dekabr 2025 20:31

    BMT Baş katibi Suriyada məsciddə törədilmiş terror aktını pisləyib

    27 Dekabr 2025 09:41
    Demo
    XƏBƏR LENTİ

    Netanyahu Qəzza öhdəliklərindən yayınmaq üçün Livanı mümkün müharibə meydanına çevirir

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    Beynəlxalq Məhkəmədə Myanmara qarşı rohinca soyqırımı işi başlayıb

    Ukrayna 500 km-dən artıq mənzilli raketlər əldə edəcək

    Venesuela nefti ABŞ şist sənayesini niyə risk altına salır?

    İranda əsas müxalifət qrupları hansılardır?

    ABŞ Ukrayna müharibəsindən maliyyə qazancı əldə edir - Tramp

    Su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq - Arzu Süleymanov

    Türkiyə və Oman arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq böyük forum fevralda keçiriləcək

    Keçən il Türkiyədən İrana hazır geyim ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.