Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərkosmos Filippində Azərbaycanın genişlənən kosmik iqtisadiyyatını təqdim edib

    20 Noyabr 2025 16:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    AZCON Holding şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos Filippində keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF-31) çərçivəsində təşkil olunan Cənub-Şərqi Asiya Kosmik Liderlər Forumu (Southeast Asian Space Leaders’ Forum) zamanı Azərbaycanın genişlənən kosmik imkanlarını və iqtisadi baxışını təqdim edib.

    Bu barədə AzerVoice-ə agentlikdən məlumat verilib.

    "Kosmik iqtisadiyyat" mövzusuna həsr edilmiş çıxışda son illər ərzində Azərbaycanın müasir kosmik ekosisteminin qurulması istiqamətində əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verilib.

    Çıxış zamanı regionda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verən Azerspace-1 və Azerspace-2 telekommunikasiya peykləri, "Azconnexus" peyk internet həlləri, eləcə də Yer səthinin məsafədən müşahidəsi ilə bağlı imkanlar barədə danışılıb.

    Azərkosmosun Coğrafi İnformasiya Sistemləri və Yerin müşahidəsi qabiliyyətlərinin kosmik iqtisadiyyat üçün yaratdığı dəyər vurğulanıb. FarmerUp, Platerra, Milli GIS platforması və iqlim analitikası kimi həllərin kənd təsərrüfatı, ekologiya, şəhərsalma və digər sahələrdə peyk məlumatlarının tətbiqini genişləndirdiyi qeyd edilib.

    Təqdimat zamanı Azərkosmosun strateji hədəflərindən biri olan insan kapitalının inkişafı, bu məqsədlə yaradılan KOSMİK Akademiyanın proqramları və bu təşəbbüslərin gənclərin kosmik texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələr haqqında da məlumat verilib.

    Forum çərçivəsində Azərkosmos və Filippin Kosmik Agentliyi (PhilSA) arasında ikitərəfli görüş keçirilib. Tərəflər peyk rabitəsi, Yer müşahidəsi tətbiqləri, insan kapitalının inkişafı və Asiya-Sakit Okean regionu üzrə birgə kosmik təşəbbüslər sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib, həmçinin gələcəkdə qarşılıqlı texniki missiyaların təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.

    #Azərbaycan #Filippin #Azərkosmos ASC #AZCON Holding #Azərkosmos beynəlxalq əməkdaşlıq #Azərbaycan kosmik agentliyi forum #Kosmik iqtisadiyyat inkişafı #Azerspace peykləri #Filippin Kosmik Agentliyi ilə əməkdaşlıq #Asiya-Sakit Okean kosmik təşəbbüsləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

    19 Yanvar 2026 16:38

    Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    19 Yanvar 2026 15:22

    Ombudsman bəyanat yaydı

    19 Yanvar 2026 14:41

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərdədir

    19 Yanvar 2026 14:11

    Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub

    19 Yanvar 2026 12:12

    Bakı metropoliteni yanvarın 20-də gücləndirilmiş rejimdə işləyəcək

    19 Yanvar 2026 11:47

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    19 Yanvar 2026 10:46

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub

    19 Yanvar 2026 09:38

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib

    19 Yanvar 2026 09:38

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    18 Yanvar 2026 14:25

    BDYPİ bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət etdi

    18 Yanvar 2026 13:57

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    18 Yanvar 2026 13:54
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub

    İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının regional direktoru ilə görüşüb

    “Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub

    Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq

    Keçən il Türkiyədən BƏƏ-yə tekstil ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub

    Artıq hər platformada sözü keçən və təqib edilən bir Türkiyə var - Ərdoğan

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.