Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Avropada elektrik kəsintisi riski artır - İspaniya və Portuqaliya ön sırada

    28 Sentyabr 2025 17:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Avropada elektrik şəbəkəsində yeni genişmiqyaslı kəsintilərin baş verməsi ehtimalı qalmaqdadır. İngiltərə mərkəzli Ember düşüncə mərkəzinin araşdırmasına görə, xüsusilə İber yarımadası ölkələri – İspaniya və Portuqaliya – qitənin enerji sisteminə məhdud bağlantılar səbəbindən daha yüksək risk altındadır.

    Xatırladaq ki, 28 aprel tarixində baş verən ümumi elektrik kəsintisi nəticəsində təxminən 60 milyon insan saatlarla işıqsız qalmışdı. İspaniya, Fransa və Mərakeşin dəstəyi ilə 16 saat ərzində şəbəkəni bərpa edib. Portuqaliya isə əsasən daxili resurslarla 10 saata yaxın müddətdə sistemi yenidən işə salıb.

    Avropa Elektrik Sistemi Operatorları Birliyinin (ENTSO-E) ilkin hesabatında, kəsintiyə səbəb kimi planlaşdırma xətaları və gərginlik nəzarətindəki zəifliklər göstərilib. Kiberhücum və xarici müdaxilə ehtimalı isə istisna olunub. Yekun hesabatın oktyabr ayında açıqlanacağı gözlənilir.

    Ember-in qiymətləndirməsinə əsasən, məhdud elektrik idxalı imkanları səbəbindən İspaniya ilə yanaşı İrlandiya və Finlandiya da yüksək risk daşıyan ölkələr hesab olunur. Portuqaliya isə demək olar ki, tamamilə İspaniya üzərindən enerji idxalına bağlıdır.

    Hadisədən sonra Madrid və Lissabon hökumətləri Avropa Komissiyasına müraciət edərək, İber yarımadası ilə Avropa İttifaqının enerji şəbəkəsi arasında daha güclü əlaqələrin qurulması üçün siyasi və maliyyə öhdəliyi tələb ediblər.

    #İspaniya #Portuqaliya #Avropa Komissiyası #Madrid #Lissabon #Avropa elektrik kəsintisi #İspaniya elektrik şəbəkəsi #Portuqaliya elektrik şəbəkəsi #İber yarımadası enerji riski #Ember enerji araşdırması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Atletiko" ciddi itki ilə üzləşdi

    24 Yanvar 2026 13:26

    "Barselona" futbolçusu ilə müqavilənin uzadılmasını istəyir

    24 Yanvar 2026 10:23

    Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoqun müşahidə olunur - Sahibə Qafarova

    23 Yanvar 2026 14:41

    UEFA Çempionlar Liqası: İngilis və ispan klubları qələbə qazanıb

    22 Yanvar 2026 09:33

    Rafa Silva beşiktaşdan ayrılmaq niyyətindədir

    21 Yanvar 2026 11:54

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    19 Yanvar 2026 10:46

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    18 Yanvar 2026 21:30

    "Barselona" klubunun heyətində ciddi itki baş verdi

    18 Yanvar 2026 18:40

    "Real" qapıçısını satışa çıxardı

    17 Yanvar 2026 16:35

    Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan oldu

    17 Yanvar 2026 09:42

    "Mançester Siti"nin kapitanı karyerasını İspaniya La Liqasında davam etdirə bilər

    14 Yanvar 2026 09:19

    "Real Madrid" baş məşqçi Xabi Alonsonu istefaya göndərib

    12 Yanvar 2026 21:55
    Demo
    XƏBƏR LENTİ

    “Napoli”nin hücumçusu Lorenzo Lukka “Nottingem Forest”ə icarəyə verilib

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    Hikmət Qafarlı Avropa çempionatının Ukrayna – Litva matçına baş hakim təyin edilib

    Çelsidən Palmer üçün Mançester Yunayted iddialarına sərt cavab

    "Atletiko" ciddi itki ilə üzləşdi

    Türkiyənin milli jeti HÜRJET-in performansı ekstremal şəraitdə təsdiqləndi

    Türkiyədə 4,1 və 4,2 bal gücündə zəlzələ baş verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.