Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Aydan qopan sirli parça aşkar edilib

    1 Fevral 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Astronomlar tərəfindən bu yaxınlarda müşahidə edilən və "mini-ay" adlandırılan 2024 PT5 asteroidinin əslində Ayın qopmuş bir fraqmenti ola biləcəyi iddia olunur.

    AzerVoice xəbər verir ki,2024 PT5, diametri 33 fut (təxminən 10 metr) olan və Günəş ətrafında fırlanan bir səma cismi kimi müəyyən edilib.

    Tədqiqatçılar, onun orbital quruluşunun Yer kürəsinin orbitinə bənzədiyini və buna görə də bizim səma bölgəmizdən gəlmiş ola biləcəyini bildiriblər.

    Obyekt ilk dəfə 2024-cü il avqustun 7-də ATLAS teleskop sistemləri tərəfindən müşahidə olunub. Elm insanları onun Ayın səthindən qopan və min illər əvvələ aid bir parça ola biləcəyini düşünürlər.

    Dr. Teddy Kareta və komandası Louell Kəşfiyyat Teleskopu və NASA-nın Havaydakı İnfraqırmızı Teleskop Obyektindən istifadə edərək apardıqları tədqiqatlar zamanı asteroidin Ay səthindən toplanan qayalara çox oxşar olduğunu təsbit ediblər.

    Tədqiqatçılar obyektin kosmik zibil olmadığını təsdiqləmək üçün onun hərəkətlərini diqqətlə araşdırıblar. NASA mütəxəssisləri, 2024 PT5-in asteroidin hərəkətinə uyğun sıxlıq və davranış nümayiş etdirdiyini bildiriblər.

    Araşdırmalar göstərir ki, Ayın səthində baş verən təsir hadisələri onun parçalarını Yerə yaxın orbitə daşıya bilər. 2024 PT5, Aydan qoparaq Yerə bənzər orbitə sahib olan ikinci göy cismi kimi qeydə alınıb. Daha əvvəl 2016-cı ildə kəşf edilmiş 469219 Kamo'oalewa adlı obyekt də bənzər xüsusiyyətlərə malik idi.

    #astronomik kəşflər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Marsda su izi tapılıb

    13 İyul 2025 12:00

    Yad kometa Günəş sisteminə daxil olub

    12 İyul 2025 17:00

    Neptunun qütb üfüqü aşkarlanıb

    29 Mart 2025 12:40

    Yer kürəsindən bir milyard işıq ili uzaqlığında yeni spiral qalaktika kəşf edilib

    27 Mart 2025 18:56

    2024 YR4 asteroidi Ay ilə toqquşa bilər

    22 Fevral 2025 16:00

    11.000 il əvvəl partlayan Supernova hələ də parlayır

    16 Fevral 2025 17:33

    Kosmosda müəmmalı partlayış baş verib

    15 Fevral 2025 17:00

    Yaxınlıqdakı ulduz sistemində yaşam üçün uyğun planet aşkarlanıb

    14 Fevral 2025 17:23

    Kosmosda quş səslərinə bənzər kosmik dalğalar aşkar edilib

    1 Fevral 2025 17:00

    60 metrlik asteroidin Yerlə toqquşma ehtimalı var

    1 Fevral 2025 16:30

    Kosmosdan gələn intensiv radiosiqnalların mənbəyi elm dünyasını təəccübləndirib

    25 Yanvar 2025 17:25

    Alimlər kainatın ən böyük simulyasiyasını yaradıb

    30 Noyabr 2024 19:00
    XƏBƏR LENTİ

    Ramazan zəfərləri: İslam sivilizasiyasını xilas edən böyük döyüşlərin analizi

    Ağ Evdə yadplanetli davası: Tramp Obamanı "məxfi sızdırmada" günahlandırdı

    İslam tarixində Ramazan zəfərləri: Qədisiyyə zəfəri və Sasani imperiyasının süqutu

    Bu gün kosmonavt Con Qlenn Yer ətrafında dövrə edib

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    Prezident İlham Əliyevin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar

    Qarabağda İlk Qığılcım, Boğazda İlk Körpü və Fıratın Şəhadəti: 20 Fevral Dosyesi

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib

    Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanladı

    Mədinədə Ramazan hazırlığı: 17 mindən çox obyekt yoxlanılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.