Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    6 Dekabr 2025 21:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev və Vaşinqton Rusiyanın mümkün yeni hücumlarının qarşısını almaq və münaqişənin dayandırılması üçün sülh danışıqlarının növbəti addımları və formatları barədə razılığa gəlib.

    AzerVoice xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram hesabında paylaşım edib.

    Zelenskinin sözlərinə görə, o, Ukraynanın Silahlı Qüvvələrində yüksək vəzifə daşıyan Andrey Qnatov və müdafiə naziri Rustem Umerovla birlikdə ABŞ tərəfini təmsil edən Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb. “Konkret və konstruktiv söhbətə görə minnətdaram”, – deyə o vurğulayıb.

    Prezident qeyd edib ki, danışıq zamanı qan tökülməsinin dayandırılması, Rusiyanın üçüncü dəfə genişmiqyaslı hücum riskinin aradan qaldırılması və Moskvanın verdiyi vədlərə əməl etməməsi təhlükəsinin qarşısının alınması kimi əsas məqamlar müzakirə olunub.

    “Ukrayna Amerikanın tərəfi ilə dürüst işləməyə, həqiqi sülh gətirməyə hazırdır. ABŞ-la növbəti addımlar, dialoq formatları barədə razılaşdıq. Prezident Trampa danışıqlara bu cür intensiv yanaşmasına görə təşəkkür edirəm”, – Zelenski bildirib.

    O əlavə edib ki, Rustem Umerov və general Qnatov yaxın günlərdə ətraflı hesabat təqdim edəcək. “Hər şeyi telefonla danışmaq mümkün deyil, ona görə ideya və təkliflər üzərində komandalarla detallı işləmək lazımdır. Bizim yanaşmamız budur: sülh, təhlükəsizlik və bərpa üçün hər vacib mexanizm real işlək olmalıdır” - Zelenski deyib.

    #Zelenski: ABŞ-la sülh danışıqları üzrə növbəti addımlar razılaşdırılıb #Зеленский: Киев и Вашингтон согласовали дальнейшие шаги по миру #Zelensky says Kyiv #Washington agree next steps and formats on peace talks #Kiyev–Vaşinqton xəttində yeni sülh formatları müzakirə olunur #Zelenski: Üçüncü Rusiya hücumu riskini aradan qaldırmaq lazımdır #Ukrayna ABŞ-la intensiv danışıqlara davam edəcək #Зеленский поблагодарил Трампа за интенсивный подход к переговорам #Киев рассчитывает на новые форматы диалога с США о мире #Ukraine #US explore new formats to secure lasting peace and prevent new Russian offensive
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    19 Yanvar 2026 00:19

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    18 Yanvar 2026 23:00

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    18 Yanvar 2026 22:30

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    18 Yanvar 2026 17:27

    Suriya ordusu SDQ terrorçularına qarşı ciddi irəliləyiş əldə edib

    18 Yanvar 2026 17:08

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Tramp və neft: ABŞ prezidenti niyə 1973-cü ilin siyasətini yürüdür?

    18 Yanvar 2026 12:00

    Xamenei İranda iğtişaşlar zamanı minlərlə insan öldüyünü etiraf edib

    18 Yanvar 2026 07:24

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    18 Yanvar 2026 02:00

    Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

    17 Yanvar 2026 23:08
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.