Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    SDQ ilə danışıqlar dayandırılıb, yekun cavab 28 dekabrda veriləcək - Dəməşq

    25 Dekabr 2025 19:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.

    AzerVoice xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.

    Suriya Prezidenti Əhməd əş-Şəraanın media üzrə müşaviri Əhməd Müvəffəq Zeydan sosial şəbəkə paylaşımında SDQ-nin məsuliyyət daşımalı olduğunu bildirib. Onun sözlərinə görə, SDQ 10 mart tarixində Türkiyə və ABŞ kimi beynəlxalq aktorların iştirakı ilə imzaladığı razılaşmaya əməl etməməsinin nəticələrini üzərinə götürməlidir.

    Suriya dövlət televiziyasına danışan mənbə ABŞ-ın vasitəçiliyi ilə Suriya hökuməti və SDQ arasında ilin sonunadək hərbi razılaşmanın imzalanmasının gözlənildiyini bildirib. Məlumata görə, Vaşinqton bu məqsədlə tərəflərə ciddi təzyiq göstərir və razılaşmanın 27–30 dekabr tarixləri arasında elan ediləcəyi ehtimal olunur.

    Müzakirə olunan razılaşma çərçivəsində təxminən 90 min SDQ və daxili təhlükəsizlik üzvünün Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiyası, həmçinin Rəqqa, Deyr əz-Zor və Həsəkə bölgələrində Müdafiə Nazirliyi tərkibində SDQ-yə məxsus üç hərbi diviziyanın yaradılması nəzərdə tutulur.

    Bununla yanaşı, SDQ ABŞ-ın dəstəyi ilə Suriya ordusu strukturunda qadınlardan ibarət hərbi briqada və terrorla mübarizə bölməsinin formalaşdırılmasını tələb edir.

    Hazırda əsas fikir ayrılıqları hökumət qüvvələrinin Suriyanın şimal-şərqinə daxil olması, SDQ nümayəndələrinin Müdafiə və Daxili İşlər nazirliklərində tutacağı vəzifələr, hərbi qərarların qəbulu mexanizmi, inzibati struktur və səlahiyyət bölgüsü ilə bağlıdır.

    Suriya İnformasiya nazirinin müavini Ubada Kocan isə sosial şəbəkədə yaydığı açıqlamada, Dəməşq hökuməti ilə SDQ arasında razılaşma əldə edildiyi barədə yayılan məlumatları təkzib edib.

    Xatırladaq ki, 10 mart tarixində Suriya hökuməti ilə SDQ arasında imzalanmış razılaşmada bütün suriyalıların siyasi proseslərdə iştirakı, atəşkəsin təmin edilməsi, şimal-şərqdəki mülki və hərbi strukturların dövlət idarəçiliyinə inteqrasiyası, məcburi köçkünlərin geri dönüşü və ölkənin ərazi bütövlüyünün qorunması ilə bağlı müddəalar yer almışdı.

    #Suriya Demokratik Qüvvələri #Suriya hökuməti SDQ ilə razılaşma əldə olunmadığını açıqladı #Şam: SDQ ilə danışıqlar dayandırılıb #yekun cavab 28 dekabrda veriləcək #Suriya–SDQ danışıqlarında çıxılmaz vəziyyət: əsas fikir ayrılıqları nələrdir? #Dəməşq SDQ ilə razılaşmanın baş tutmamasının səbəblərini açıqladı #Suriya SDQ danışıqları #Suriya hökuməti SDQ #Şam SDQ razılaşması #Suriyada hərbi inteqrasiya #Suriya hökuməti ilə SDQ arasında razılaşma niyə baş tutmadı #SDQ-nin Suriya Müdafiə Nazirliyinə inteqrasiyası planı #ABŞ-ın Suriya SDQ danışıqlarına təzyiqi #Suriyada 10 mart razılaşmasının icrası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanda İranın Qüds Qüvvələrinə bağlı əməliyyatçının öldürüldüyünü açıqlayıb

    25 Dekabr 2025 20:15

    SDQ ilə danışıqlar dayandırılıb, yekun cavab 28 dekabrda veriləcək - Dəməşq

    25 Dekabr 2025 19:26

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    İsrail Livanın cənubuna dron hücumu həyata keçirib

    25 Dekabr 2025 12:41

    Səudiyyə Ərəbistanının yeni humanitar yardım karvanı Rəfahdan keçərək Qəzzaya gedib

    25 Dekabr 2025 12:19

    İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu

    25 Dekabr 2025 09:58

    Riyadın 2025 gündəliyi: Qəzza, Suriya, müdafiə sazişləri və vasitəçilik təşəbbüsləri

    25 Dekabr 2025 04:00

    Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib

    24 Dekabr 2025 21:45

    SDQ terrorçuları Suriya hökümətini hücumlar təşkil etməkdə ittiham edir

    6 Oktyabr 2025 04:00

    Suriyada ərəb qəbilələrinin SDQ əleyhinə üsyanı an məsələsidir

    2 Sentyabr 2025 10:51

    Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır

    18 Avqust 2025 15:14

    Suriya hökuməti... Suallar və cavablar

    30 Mart 2025 15:25
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb

    Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik edib

    İsrail Livanda İranın Qüds Qüvvələrinə bağlı əməliyyatçının öldürüldüyünü açıqlayıb

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    SDQ ilə danışıqlar dayandırılıb, yekun cavab 28 dekabrda veriləcək - Dəməşq

    Türk İnvestisiya Fondu TRIPP-i maliyyələşdirmə üçün potensial layihələrdən biri kimi nəzərdən keçirir

    Azərbaycan QHT-ləri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıb

    Daxili qoşunlar haqqında qanun təsdiqlənib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.