Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Vaşinqtonda minlərlə insan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib

    7 Sentyabr 2025 09:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan küçələrdə aksiya keçirərək prezident Donald Trampdan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib.

    AzerVoice-un məlumatına görə, “Hamımız paytaxtıq” adı altında təşkil olunan yürüşdə qeydiyyatsız miqrantlar və fələstinlilərə dəstək verən iştirakçılar da yer alıblar.

    Etirazçılar Trampa qarşı şüarlar səsləndirib, “Tramp indi getməlidir”, “Paytaxtı azad edin” və “Diktaturaya qarşı çıxın” sözlərinin yazıldığı plakatlar qaldırıblar.

    Xatırladaq ki, Tramp ötən ay şəhərdə cinayətlərin artdığını əsas gətirərək qanun və asayişi bərpa etmək məqsədilə hərbçiləri küçələrə çıxardığını bəyan etmişdi. O, həmçinin Vaşinqton polis idarəsini birbaşa federal nəzarət altına almış və küçələrdə təhlükəsizliyi təmin etmək üçün Miqrasiya və Gömrük Xidməti də daxil olmaqla federal hüquq-mühafizə qurumlarının əməkdaşlarını şəhərə göndərmişdi.

    Bununla belə, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, son bir ildə Vaşinqtonda zorakı cinayətlərin səviyyəsi son 30 ilin ən aşağı həddinə düşüb.

    Hazırda şəhərdə altı respublikaçı qubernatorun idarə etdiyi ştatlardan gətirilmiş hərbçilər də daxil olmaqla iki mindən çox Milli Qvardiya əsgəri patrul xidmətindədir. Onların missiyasının nə vaxt başa çatacağı hələ məlum deyil. Lakin ordunun açıqlamasına əsasən, Milli Qvardiyanın Vaşinqtonda qalma müddəti noyabrın 30-na qədər uzadılıb.

    #ABŞ #Vaşinqton #aksiya #etirazlar #etirazçılar #etiraz #Etiraz aksiyası #siyasi etiraz #Vaşinqton etirazları #Vaşinqton nümayişləri #ABŞ etiraz aksiyası #Donald Trampa qarşı etirazlar #ABŞ Milli Qvardiya #Vaşinqton Milli Qvardiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.