Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Yunanıstanda meşə yanğınları bütün ölkəyə yayılıb

    28 İyul 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yunanıstanda temperaturun 44 dərəcəyə qədər yüksəlməsi nəticəsində, o cümlədən Afina ətrafındakı yaşayış ərazilərində də daxil olmaqla, ölkə boyu bir çox yerdə meşə yanğınları başlayıb.

    AzerVoice xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, təkcə bazar günü ölkənin müxtəlif bölgələrində 50-dən çox yanğınla mübarizə aparılıb.

    Xüsusilə Mora yarımadasında bir çox yaşayış məntəqəsi təhlükə səbəbindən təxliyə olunub. Afina yaxınlığındakı Drosopigi kəndində alov iki evi tamamilə məhv edib. Yerli sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb. Hadisə nəticəsində azı beş nəfər yanıq və tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Bazar günü boyu 200-dən çox yanğınsöndürən, helikopter və xüsusi yanğınsöndürmə təyyarələrinin dəstəyi ilə alovlarla mübarizə aparıb.

    Qeyd edək ki, Yunanıstana təsir edən şiddətli istilərin həftə boyu davam edəcəyi gözlənilir. Keçən ay Saqqız adasında baş verən yanğınlar 11 min 600 hektar ərazini məhv edib.

    İyulun əvvəlində Kritdə başlayan meşə yanğını 5 min turistin təxliyəsinə səbəb olub. 2018-ci ildə Afina yaxınlığında baş verən yanğında 104 nəfər həlak olub.

    Yunanıstan hökuməti meşə yanğınlarının artmasının iqlim dəyişikliyi ilə əlaqəli olduğunu qeyd edib.

    #Yunanıstan #meşə yanğını #İqlim dəyişikliyi #Qlobal iqlim dəyişikliyi #Meşə yanğınlarına qarşı tədbirlər #Meşə yanğınları İyul 2025 #Qlobal meşə yanğınları #Dünya meşə itkisi #Yanğınların iqlim dəyişikliyi ilə əlaqəsi #İqlim dəyişikliyinin yanğınlara təsiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Silahlı Qüvvələri hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir - Türkiyə MN

    4 Dekabr 2025 13:27

    Yunanıstandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    26 Noyabr 2025 16:23

    Azərbaycandan Yunanıstana neft ixracı artıb

    22 Noyabr 2025 10:12

    Türkiyə Yunanıstanın qeyri-hüquqi addımını rədd edir - Türkiyə XİN

    21 Noyabr 2025 11:16

    Cənubi Kipr Türkiyəyə əməkdaşlıq təklif edib

    12 Noyabr 2025 19:09

    Taekvondoçularımız Avropa birinciliyində 15 medal qanazıblar

    10 Noyabr 2025 11:51

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Türkiyə müdafiə sahəsində tarixi dönüş nöqtəsindədir - Yunan mətbuatı

    29 Oktyabr 2025 10:26

    Türkiyədən Yunanıstan mebel ixracı azalıb (ÖZƏL)

    28 Oktyabr 2025 11:04

    Türkiyə və Yunanıstan arasında ikitərəfli məsələlər müzakirə edilib

    20 Oktyabr 2025 20:22

    Yunanıstan İsraildən yeni hava müdafiə sistemləri alır

    17 Oktyabr 2025 17:56

    Aİ-nın rəsmi sənədindəki Şimali Kipr Türk Respublikası ifadəsi Yunanıstanda narazılıq yaradıb

    15 Oktyabr 2025 02:45
    Demo
    XƏBƏR LENTİ

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    Avropa Komissiyası Polşanın ilk nüvə enerji stansiyasına yaşıl işıq yandırdı

    Türkiyədən Türkmənistana mebel ixracı 45 milyon dolları keçib (ÖZƏL)

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    Avropada tükənmişlik böhranı niyə dərinləşir?

    Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib

    Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur

    ABŞ Venesuela sahillərində neft tankerini ələ keçirdi

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.