Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Kambocada silahlı toqquşmalar səbəbilə 5 min nəfər təxliyə edilib

    24 İyul 2025 18:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Kamboca hakimiyyət orqanları, Tailandla sərhəddə yerləşən Oddarmeançey vilayətində baş verən silahlı toqquşmalar səbəbilə, təxminən 5 min nəfəri təxliyə edib.

    AzerVoice xəbər verir ki bu barədə Kamboca hökumətinin nümayəndəsi məlumat verib.

    “Biz təxliyə olunanlar üçün uyğun infrastruktur hazırlamışıq və onları əvvəlcədən seçilmiş kənd və icmalara yerləşdirmişik. Həmin ərazilərdə çadırlar, elektrik enerjisi və təmiz su mövcuddur. Ərazidə həmçinin tibb işçiləri də fəaliyyət göstərir” - deyə, məlumatda qeyd olunub.

    Sərhəd boyunca yerləşən 12 kənddən olan 1 500 ailə təxliyə edilib.

    Tailandın müvəqqəti baş naziri Phumtam Veçayacay bildirib ki, sərhəddə yerləşən Buriram, Surin, Sisaket və Ubon Ratçatxani vilayətlərindəki sakinlərin sərhəddən ən azı 50 km uzaqlaşması barədə göstəriş verilib.

    Qeyd edək ki, Kamboca ilə Tailand arasında münasibətlər, may ayında baş vermiş və hər iki ölkənin özünə aid hesab etdiyi mübahisəli ərazidə bir kambocalı əsgərin həlak olması ilə gərginləşmişdi. Sonuncu silahlı toqquşmalar isə mina partlayışı nəticəsində beş tailandlı əsgərin yaralanmasından sonra başlayıb.

    Tailandın Səhiyyə Nazirliyi məlumat verib ki, toqquşmalar nəticəsində 11 mülki şəxs və bir hərbçi həlak olub. Kamboca tərəfi ölənlərlə bağlı hələlik rəsmi məlumat verməyib.

    Müvəqqəti Baş nazir Veçayacay cümə axşamı günü ölkənin Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. O, Tailandın yalnız özünümüdafiə çərçivəsində hərəkət etdiyini, əməliyyatların isə sərhəddə vəziyyət sabitləşənədək davam edəcəyini bildirib. Hazırda sərhəddə yeni toqquşmalarla bağlı məlumat yoxdur.

    Kamboca baş naziri Hun Manet vətəndaşları tailand vətəndaşlarına, şirkətlərinə və diplomatik nümayəndəliklərinə qarşı təxribatlardan çəkinməyə çağırıb. O həmçinin, Tailanddakı kambocalılara ölkəyə qayıtmağı tövsiyə edib.

    Bu arada, Kambocanın sabiq baş naziri Hun Sen Çin Xalq Respublikasına qaçdığı barədə yayılan xəbərləri təkzib edib. O bildirib ki, oğlu Hun Manet, Müdafiə Nazirliyi və ordu komandirləri ilə birgə Tailandla artan gərginlik fonunda fəaliyyətlərini davam etdirir.

    #Kamboca #Kamboca ordusu #Oddarmeançey #sərhəd toqquşmaları #mülki itkilər #Kamboca-Tailand münasibətləri #Phumtam Veçayacay #Kamboca və Tailand arasında sərhəd insidentləri #Oddarmeançeydə təxliyə edilən əhali #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Tailandda mülki itkilər və hərbi cavab #Kamboca ərazisində baş verən mina partlayışı #Tailandın fövqəladə təhlükəsizlik iclası #Asiyada sərhəd gərginliyi və münaqişə #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar #Tailandın hərbi əməliyyatları və təxliyə göstərişləri #Hun Manet
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə 18 ölkənin siyasi partiyaları ilə əməkdaşlıq memorandumu imzalayıb

    18 Sentyabr 2025 15:56

    Pakistanda musson yağışları son iki gündə yüzlərlə insanın ölümünə səbəb olub

    16 Avqust 2025 18:05

    ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib

    1 Avqust 2025 19:03

    Tayland və Kamboca atəşkəslə bağlı razılığa gəlib

    28 İyul 2025 22:48

    Malayziya Tailand-Kamboca danışıqlarında vasitəçi rolunu oynayacaq

    27 İyul 2025 17:32

    Tailand və Kamboca arasında döyüş əməliyyatları dayandırılıb

    26 İyul 2025 20:01

    Tailand gün ərzində iki dəfə Kamboca ərazisinə hava zərbələri endirib

    26 İyul 2025 18:51

    Tailand və Kamboca arasında atəşkəs əldə olunub

    25 İyul 2025 19:49

    Tayland və Kamboca sərhədində gərginlik artıb

    24 İyul 2025 09:35

    ABŞ və Kamboca ticarət razılaşmasının şərtləri üzrə razılığa gəliblər

    8 İyun 2025 15:05

    Türkiyə ilə Kamboca əməkdaşlığa dair sənəd imzalayıblar

    28 May 2024 18:37

    Hakan Fidan Kamboca XİN rəhbərini qəbul edəcək

    27 May 2024 11:01
    Demo
    XƏBƏR LENTİ

    İran və Əfqanıstan sərhəd təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib - İran XİN

    Arsenal premyer liqada liderliyini qoruyur

    Prezident İlham Əliyev İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsinin açılışında iştirak edib

    Qəzzada baş verənlər əsrin ən böyük insanlıq cinayətlərindəndir - Pezeşkian

    Azərbaycanda "Fərqliliyin Rəngi" festivalı keçiriləcək

    Prezident İlham Əliyev Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

    Tramp və Netanyahu arasındakı gərginlik açıq müstəviyə çıxırmı?

    Türkiyədən Qırğızıstana polad ixracı 5 milyon dolları keçib (ÖZƏL)

    Atəşkəs vacibdir, lakin Fələstin məsələsinin həlli üçün kifayət deyil - Fələstin

    Balıkesirdə yenidən zəlzələ olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.