BAKI,AzerVoice
Kanada Baş naziri Mark Karni, ABŞ ilə ticarət danışıqları fonunda ölkəsinin milli maraqlarını müdafiə edəcəyini bəyan edib.
AzerVoice xəbər verir ki, Karni bildirib ki, Kanada hökuməti “nə olursa olsun bir razılaşma imzalamağı” deyil, yalnız ədalətli və faydalı bir razılaşmanı qəbul etməyi məqsəd qoyur.
ABŞ Prezidenti Donald Trampın Kanadadan gələn məhsullara 35 faizlik gömrük vergisi tətbiq olunacağı barədə 1 avqusta qədər verdiyi müddət yaxınlaşarkən, Karni məsələ ilə bağlı açıqlama verib.
“Kanada hökuməti razılaşmanı qəbul etməyəcək. Məqsədimiz, nə olursa olsun, bir sənədə imza atmaq deyil. Biz yalnız kanadalıların maraqlarına uyğun olan bir razılaşmanı dəstəkləyəcəyi” – deyə Baş nazir vurğulayıb.
Karni ABŞ ilə “çətin və kompleks” danışıqların davam etdiyini qeyd edərək, yalnız qarşılıqlı faydaya əsaslanan sənədin nəzərdən keçiriləcəyini bildirib. O, eyni zamanda, ABŞ ilə əldə olunacaq istənilən razılaşmanın Kanadanın digər ölkələrlə ticarət əlaqələrinə maneə yaratmamalı olduğunu vurğulayıb.
Baş nazir, hazırda bir sıra dünya liderləri ilə beynəlxalq ticarət məsələləri üzrə müzakirələr apardığını da əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 iyulda verdiyi açıqlamada, 1 avqustdan etibarən Kanada məhsullarına sektoral tariflərdən əlavə olaraq 35 faizlik gömrük vergisi tətbiq ediləcəyini bldirib. Tramp əlavə etmişdi ki, Kanada şirkətləri istehsalı ABŞ daxilində həyata keçirəcəyi təqdirdə bu rüsumlardan azad ediləcək və onlara icazə prosedurları da sürətləndiriləcək.