BAKI, AzerVoice
İran xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın raket zərbələri nəticəsində ciddi zərər görən nüvə obyektlərinin bərpa olunacağını və uranın zənginləşdirilməsinin davam etdiriləcəyini bəyan edib.
AzerVoice-un məlumatına görə, nazir bildirib ki, zərbələr nəticəsində obyektlər ciddi şəkildə dağıdılıb və ziyanın miqyası hazırda qiymətləndirilir.
“Bəli, obyektlər məhv edilib. Amma biz onları bərpa edəcəyik və uranın zənginləşdirilməsini davam etdirəcəyik”- deyə Əraqçi bildirib.
Əraqçi vurğulayıb ki, İran heç vaxt nüvə proqramından imtina etməyəcək.
“Bu, bizim alimlərimizin nailiyyətidir və ondan vaz keçmək mümkün deyil”- deyə o vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı yeni zərbə əmri verməyə hazır olduğunu açıqlayıb.