Əsas səhifə » BRICS ölkələri qlobal ədalət üçün birləşməlidir - Çin

BRICS ölkələri qlobal ədalət üçün birləşməlidir - Çin

BAKI, AzerVoice

Çin Baş naziri BRICS ölkələrini həmrəyliyə və qlobal islahatlara çağırıb.

AzerVoice xəbər verir ki, Çinin Baş naziri Li Jiang Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRICS Liderlər Zirvəsi çərçivəsində çıxış edərək, BRICS ölkələrini qlobal qeyri-müəyyənliklər fonunda həmrəylik, iqtisadi artım və beynəlxalq idarəetmə islahatlarına önəm verməyə çağırıb.

Li Jiang "Sülh və Təhlükəsizlik və Qlobal İdarəetmə İslahatı" sessiyasında bildirib ki, "birtərəflilik və proteksionizmin artdığı, beynəlxalq qurumların nüfuzunun zəiflədiyi hazırkı şəraitdə BRICS ölkələrinin koordinasiyası və birliyi daha da vacibdir".

O vurğulayıb ki, BRICS bloku Qlobal Cənubun əsas təmsilçilərindən biri olaraq müstəqillik, özünə inam və ümumi inkişaf prinsiplərinə sadiq qalmalı, eyni zamanda BMT Nizamnaməsinin əsaslarına uyğun şəkildə hərəkət etməlidir.

Qeyd edək ki, Baş nazir Li çıxışında Çinin "qlobal idarəetməni daha ədalətli, səmərəli və nizamlı bir strukturda inkişaf etdirmək" məqsədilə BRICS ölkələri ilə əməkdaşlığa tam hazır olduğunu bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice