10
BAKI, AzerVoice
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trump ilə keçirdiyi telefon danışığı zamanı Moskvanın Kiyev ilə yeni danışıqlar üçün tarixləri gözlədiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
İkinci danışıqlar raundu 2 iyun tarixində keçirilib.
Danışıqların nəticəsində tərəflər sülhün təmin edilməsi üçün memorandum layihələrini mübadilə ediblər və ağır yaralı hərbi əsirlərin və ölü əsgərlərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Moskva Kiyevə təxminən 6 min ölü əsgərin cəsədini təhvil verib.