Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Almanlar İrana endirilən zərbələrin zəruri olduğunu qəbul etməlidirlər - Vadeful

    29 İyun 2025 09:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yoxann Vadeful bəyan edib ki, ölkəsi İran ətrafında baş verən hadisələrlə bağlı ABŞ və İsrailin malik olduğu bütün kəşfiyyat məlumatlarına sahib deyil və bu səbəbdən onların İrana qarşı zərbələr endirməsini zəruri hesab etmələrinə hörmətlə yanaşmalıdır.

    AzerVoice xəbər verir ki, bu barədə o, "Die Zeit" qəzetinə verdiyi müsahibədə bildirib.

    "Biz, almanlar, ABŞ və İsrailin sahib olduğu tam kəşfiyyat məlumatlarına malik deyilik. Onlar bizə bunun (İrana endirilən zərbələrin - red.) zəruri olduğunu dedilər və biz bunu olduğu kimi qəbul etməliyik” – deyə o, vurğulayıb.

    Vadeful qeyd edib ki, keçmişdə İsrail İrandan hücumlara məruz qalıb və bu səbəbdən tədbir görmək üçün ciddi əsaslara sahibdir.

    “Əgər şübhə yaranarsa, bizim yerimiz İsrailin yanındadır” – deyə, Almaniya XİN rəhbəri vurğulayıb.
    Bununla yanaşı, o əlavə edib ki, Almaniyanın İranın nüvə proqramının tamamilə məhv edildiyinə ciddi şübhə ilə yanaşmaq hüququ var.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #Almaniya #ABŞ #İsrail-İran münaqişəsi #Yoxan Vadeful
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

    14 Dekabr 2025 22:12

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    14 Dekabr 2025 18:54

    Volkswagen Almaniyada bir zavodda istehsalı tam dayandırdı

    14 Dekabr 2025 17:09

    İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

    14 Dekabr 2025 16:01

    Türkiyədən İrana sement ixracı azalıb (ÖZƏL)

    14 Dekabr 2025 12:00

    Tramp Suriyada ABŞ hərbçilərinin öldürülməsinə münasibət bildirib

    14 Dekabr 2025 10:01

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    13 Dekabr 2025 14:15

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44
    Demo
    XƏBƏR LENTİ

    Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

    Hüquq Bələdçisi - Mədəni və dini müxtəliflik kontekstində mediasiya: dialoqdan anlaşmaya doğru

    Türkiyə limanları 376 mindən çox yük qəbul edib (ÖZƏL)

    Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub - DTX

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.