7
BAKI, AzerVoice
Rusiyanın Samara və Ulyanovsk hava limanları təyyarələri qəbul etmir və göndərmir.
AzerVoice xəbər verir ki, bu barədə Rusiyanın Aviasiya Federal Agentliyinin nümayəndəsi Artyom Korenyako "Telegram" kanalında məlumat verib.
“Mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə onların qəbuluna və buraxılmasına müvəqqəti məhdudiyyətlər Samara (Kurumoç) və Ulyanovsk (Baratayevka) hava limanlarında tətbiq olunub” – deyə, məlumatda bildirilib.
Bundan əvvəl bu cür məhdudiyyətlər Penza və Saratov hava limanlarında tətbiq edilmişdi.