Əsas səhifə » İran Rusiyanın Yaxın Şərqdəki mövqeyini yüksək qiymətləndirib - Peskov

İran Rusiyanın Yaxın Şərqdəki mövqeyini yüksək qiymətləndirib - Peskov

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Ərakçi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Moskvanın Yaxın Şərqdəki mövqeyinə görə dərin təşəkkürünü ifadə edib.

AzerVoice xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Rusiya Yaxın Şərqdəki münaqişə ilə bağlı öz dəqiq və prinsipial mövqeyini ortaya qoyub. Bu mövqe, cənab Ərakçi ilə dünən Moskvada keçirilən görüş zamanı yüksək qiymətləndirilib" – deyə Peskov bildirib.

O, həmçinin bəzi analitiklərin Rusiyanın İrana kifayət qədər dəstək vermədiyi ilə bağlı fikirlərinə cavab olaraq qeyd edib ki, Moskvanın göstərdiyi siyasi mövqe İran tərəfindən təqdir olunub və bu, tərəflər arasında etimadın bir göstəricisidir.

Qeyd edək ki, Rusiya və İran rəhbərliyi arasında baş tutan son təmaslar, İsrail ilə İran arasında davam edən münaqişənin gərgin fonunda həyata keçirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice