Əsas səhifə » Putin İranın XİN rəhbəri ilə görüşəcək

Putin İranın XİN rəhbəri ilə görüşəcək

BAKI, AzerVoice

Rusiya Prezidenti Vladimir Putin 23 iyun tarixində İranın xarici işlər naziri Abbas Ərakçi ilə görüşəcək.

AzerVoice xəbər verir ki, bu barədə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib.

Uşakovun sözlərinə görə, görüşdə Yaxın Şərqdə və dünyada ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra yaranmış vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Abbas Ərakçi bir neçə gün əvvəl Moskva şəhərinə səfər edib və burada Rusiya rəsmiləri ilə yüksək səviyyəli danışıqlar aparır.

Görüşlərin əsas məqsədi İran-Rusiya əməkdaşlığı, regional sabitlik və diplomatik koordinasiyanın gücləndirilməsidir.

Digər Kateqoriyalar

2025 © Azervoice