Əsas səhifə » İranda SEPAH və Silahlı Qüvvələrə yeni rəhbərlər təyin olunub

İranda SEPAH və Silahlı Qüvvələrə yeni rəhbərlər təyin olunub

BAKI, AzerVoice

İranda SEPAH və Silahlı Qüvvələrə yeni rəhbərlər təyin olunub.

AzerVoice xəbər verir ki,İsrailin hava hücumları nəticəsində yüksək rütbəli komandirlərin həlak olmasından sonra İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei yeni hərbi təyinatlar həyata keçirib.

General Məhəmməd Bakpur İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni baş komandanı təyin edilib. O, zərbələr nəticəsində həlak olan general Hüseyn Salamini əvəzləyib. Bundan əlavə, general Əbdürrəhim Musəvi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunub. O, hücumda həyatını itirən general Məhəmməd Baqerinin yerinə gətirilib.

Qeyd edək ki, bugün səhər saatlarında İsrailin İranın müxtəlif vilayətlərinə həyata keçirdiyi hava hücumları nəticəsində SEPAH və Silahlı Qüvvələrin bir neçə yüksək rütbəli komandanı həlak olub. Bu hücumlar regionda gərginliyi daha da artırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice