Əsas səhifə » ABŞ-dan vətəndaşlarına İraqla bağlı səyahət xəbərdarlığı

ABŞ-dan vətəndaşlarına İraqla bağlı səyahət xəbərdarlığı

BAKI, AzerVoice

ABŞ İraqa səfərlə bağlı vətəndaşlarına ciddi xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyi ABŞ vətəndaşlarına İraqa səfər etməməklə bağlı rəsmi xəbərdarlıq yayıb.

Xəbərdarlıqda İraqda artan təhlükəsizlik riski, o cümlədən terrorizm, adam oğurluğu, silahlı qarşıdurmalar və vətəndaş iğtişaşları səbəbindən səfərlərin tamamilə tövsiyə edilmədiyi bildirilib.

ABŞ hökuməti bu risklərə əlavə olaraq, fövqəladə hallarda İraqdakı vətəndaşlarına yardım imkanlarının məhdud olduğunu da vurğulayıb.

Xəbərdarlıqda qeyd olunub ki, Bağdaddakı ABŞ hökumətinin əməkdaşlarına təhlükəsizlik səbəbindən Bağdad Beynəlxalq Hava Limanından istifadə etmək də qadağan edilib.

Qeyd edək ki, bu xəbərdarlıq ABŞ-ın Bağdaddakı səfirliyində çalışan diplomat və digər əməkdaşların mərhələli şəkildə təxliyəsi fonunda verilib.

Digər Kateqoriyalar

2025 © Azervoice