Əsas səhifə » Braziliya Prezidenti Qəzzadakı Hadisələri Soyqırım Adlandırıb

Braziliya Prezidenti Qəzzadakı Hadisələri Soyqırım Adlandırıb

BAKI, AzerVoice

Braziliya Prezidenti Luiz İnacio Lula da Silva Qəzzada baş verənləri “müharibə deyil, qadın və uşaqlara qarşı törədilmiş soyqırımı” adlandırıb.

AzerVoice-un məlumatına görə, Braziliya Prezidenti bu açıqlamanı Fransanın paytaxtı Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Onun bu bəyanatı xüsusilə diqqət çəkib, çünki Makron daha əvvəl Qəzzədəki hadisələri “müharibə” olaraq qiymətləndirib, lakin “soyqırımı” ifadəsindən çəkinmişdi.

“Qəzzədə baş verənlər müharibə deyil, çox yaxşı hazırlanmış bir ordunun qadınlara və uşaqlara qarşı törətdiyi soyqırımdır” - deyə o bildirib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Makron jurnalistin “Qəzzada baş verənləri soyqırımı hesab etmək olarmı?” sualına cavabında, “Bu, siyasətçilərin cavab verəcəyi bir məsələ deyil, bunu tarixçilər deyəcək” deyə cavab verib.

Digər Kateqoriyalar

2025 © Azervoice