BAKI, AzerVoice
Əgər Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gələrsə, ABŞ Prezidenti Donald Tramp da mayın 15-də İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarında iştirak edə bilər.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib.
"Ümid edirik ki, Vladimir Putin orada olacaq, o zaman Prezident [Donald] Tramp da gələcək. Bu, möhtəşəm bir görüş olacaq" - deyə, o qeyd edib.
Qeyd edək ki, İstanbulda baş tutacaq bu görüş Türkiyənin vasitəçiliyi ilə keçiriləcək və tərəflər arasında uzun müddətdir dayandırılmış sülh danışıqlarına yeni dinamika gətirəcəyi gözlənilir.