Əsas səhifə » Putin Ənvər İbrahim ilə görüşəcək

Putin Ənvər İbrahim ilə görüşəcək

BAKI, AzerVoice

Rusiya Prezidenti Vladimir Putin 14 may 2025-ci il tarixində Malayziyanın Baş naziri Ənvar İbrahim ilə görüş keçirəcək.

AzerVoice xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Görüş çərçivəsində iki ölkə arasında siyasi və ticarət-iqtisadi əməkdaşlığın əsas istiqamətləri geniş şəkildə müzakirə olunacaq.

Putin və İbrahim arasında keçiriləcək görüş, Malayziya Baş nazirinin Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutacaq.

Liderlər beynəlxalq və regional gündəlikdəki aktual məsələlərlə bağlı fikir mübadiləsi aparacaq və ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində atıla biləcək addımları müzakirə edəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice