8
BAKI, AzerVoice
PKK-nın özünü ləğv etməsi BMT tərəfindən müsbət qarşılanıb.
AzerVoice xəbər verir ki, Birləşmiş
Millətlər Təşkilatının baş katibi Antonio Quterreş PKK-nın özünü
ləğv etmə və tərksilah etmək qərarını alqışladığını bəyan edib.
BMT sözçüsü Stefan Dujarrikin verdiyi açıqlamaya görə, bu qərarın
icrası uzun illərdir davam edən münaqişənin həllində mühüm addım
ola bilər. Quterreş, bu addımın bölgədə sabitliyə töhfə verəcəyinə
ümid etdiyini bildirib.
Qeyd edək ki, dünən PKK-nın özünü ləğv etdiyi və silahı yerə qoyduğunu açıqlaması beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bu qərar təşkilatın fəaliyyətinə son qoyacağına dair ilk rəsmi bəyanat kimi qiymətləndirilib.