BAKI,
AzerVoice
İranın şərqində baş verən 5 bal gücündə zəlzələ 23 nəfərin xəsarət
almasına səbəb olub
AzerVoice xəbər verir ki, İranın
şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin Roşthar rayonunda 5 bal
gücündə zəlzələ qeydə alınıb.
İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Roşthar rayonu olub və zəlzələ 10 kilometr dərinlikdə baş verib. Rəzəvi Xorasan vilayətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələ nəticəsində bəzi kəndlərdə kiçik dağıntıların meydana gəldiyini və 23 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.