17
BAKI,AzerVoice
Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəsin yaradılmasını dəstəkləyir, lakin bir sıra məsələlər həll edilməlidir
AzerVoice xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kremlədə keçirilən mətbuat konfransında çıxış edərkən Prezident Putin bu təşəbbüsü, atəşkəsin yaradılmasını dəstəklədiyini söyləyib” – deyə Peskov bildirib.
Onun sözlərinə görə, Putin sülh yolu ilə nizamlanmaya açıq qalır, lakin atəşkəsin təmin edilməsi üçün bir sıra incə məsələlərin həlli tələb olunur.
Eyni zamanda, Peskovun fikrincə, münaqişənin həlli Vaşinqtonla deyil, Kiyevlə əldə edilməlidir.