Əsas səhifə » ABŞ-da övlad istəməyənlərin sayı ikiqat artıb

ABŞ-da övlad istəməyənlərin sayı ikiqat artıb

BAKI, AzerVoice

İlon Maskın qorxusu gerçəkləşir- dünya əhalisi dağılma ərəfəsindədir.

AzerVoice xəbər verir ki, amerikalı milyarder İlon Maskın illərdir xəbərdarlıq etdiyi demoqrafik böhran artıq reallaşmaqdadır.

Miçiqan Dövlət Universitetinin (MSU) tədqiqatçıları ABŞ-da uşaq sahibi olmaq istəməyən insanların sayının son 20 ildə iki dəfə artdığını müəyyən ediblər.

Tədqiqat nəticələrinə görə, 2002-ci ildə 14 faiz olan bu göstərici 2023-cü ildə 29 faizə yüksəlib. Eyni zamanda, gələcəkdə uşaq sahibi olmağı planlaşdıran insanların faizi 79 faizdən 59 faizə düşüb. Professor Cennifer Uotlinq Nealın rəhbərlik etdiyi araşdırma, 45 yaşdan aşağı olan 80 min nəfərin iştirak etdiyi Milli Ailə İnkişafı Sorğusunun nəticələrinə əsaslanır. Uşaq istəməyənlərin əksəriyyəti qadınlar və ağdərililərdir.

Elon Musk isə bu tendensiyanı “sivilizasiyanın gələcəyi üçün ən böyük risk” adlandırır. O, aşağı doğum səviyyələrinin daha az işçi qüvvəsi, artan borc yükü və sosial təminat sistemlərinə təzyiq yaradacağını bildirir. Dörd fərqli qadından 14 uşağı olan Musk, bu məsələnin qarşıdakı 20 ilin ən böyük problemi olacağı barədə xəbərdarlıq edir.

Qeyd edək ki, ABŞ-da 2014–2020-ci illər arasında doğum nisbətləri hər il orta hesabla 2 faiz azalıb. Bununla belə, bəzi demoqraflar Muskın narahatlıqlarını şişirdilmiş hesab edir.

Digər Kateqoriyalar

2025 © Azervoice