Əsas səhifə » Belçikada hava limanında işçilər tətil edib

Belçikada hava limanında işçilər tətil edib

Bakı, AzerVoice 

Belçikanın Charleroi hava limanında işçilərin tətili səbəbindən bütün reyslər ləğv edilib.

AzerVoice xəbər verir ki, Charleroi Hava Limanının rabitə bölməsi açıqlama yayıb.

Açıqlamada bu gün uçuşu olanlardan hava limanına gəlməmələri istənilib və sərnişinlərə, biletləri aldıqları şirkətlərlə əlaqə saxlamaları tövsiyyə edilib.

Hava limanının baqaj, qeydiyyat, yanacaq doldurma və təhlükəsizlik kimi xidmətlərində çalışanları təmsil edən həmkarlar ittifaqı keçən həftə tətil keçirilə biləcəkləri barədə xəbərdarlıq etmişdi.

Tətil səbəbindən bəzi uçuşların ləğv ediləcəyi və yerüstü xidmətlərdə fasilələrin olacağı ehtimal edilsədə, bütün uçuşların ləğv ediləcəyi gözlənilmirdi.

Tətilə başlayan işçilər iş şəraitinin yaxşılaşdırılmasını, həddindən artıq yüklənmənin azaldılmasını və rəhbərliyin sərt münasibətini dəyişməsini tələb edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice