Bakı, AzerVoice:
ABŞ müdafiə naziri Lloyd Ostin və Çinin milli müdafiə naziri Donq Cun arasında 2022-ci ildən bəri ilk dəfə təkbətək görüş olub.
AzerVoice xəbər verir ki, görüş Sinqapurda keçirilən illik müdafiə konfransı çərçivəsində baş tutub.
Görüşdə dünyanın ən böyük donanmasına sahib olan Pekin, Vaşinqtonun Yaponiya, Cənubi Koreya və Filippin kimi əsas müttəfiqləri ilə təhlükəsizlik əlaqələrini gücləndirmək səylərini tənqid edib.
Ostin və Dong danışıqlarda aralarındakı bir çox məsələlərin həlli istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etməyib.
Qeyd edək ki, iki ölkə nazirlərinin 2022-ci ildən bəri görüşməməsinin səbəbi hər iki gücün Asiya-Sakit Okean hövzəsində mübahisəli təhlükəsizlik mənzərəsi, Çinin Tayvan təhdidləri və Amerikanın regiondakı ittifaqlarını gücləndirməsidir.
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun
