BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp İranla dolayı deyil, birbaşa danışıqlar aparmaqda israrlıdır.
AzerVoice xəbər verir ki, Tramp
prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən,
İranla bağlı dolayı diplomatik kanallardan istifadə olunmasının
əleyhinə olduğunu bildirib.
“Mən əminəm ki, İran hakimiyyəti birbaşa danışıqlar aparmaq
istəyir, lakin onlar narahatdırlar, özlərini müdafiəsiz hiss
edirlər. Onların belə olmasını istəmirəm,” – deyə o qeyd edib.
Wall Street Journal qəzetinin yazdığına görə, Tramp administrasiyası əvvəlki illərdə baş verən dolayı diplomatik metodlardan imtina etmək niyyətindədir.
Qeyd edək ki, bu arada İran prezidenti Məsud Pezeşkian da mövzuya münasibət bildirib. İnqilab Keşikçiləri Korpusuna yaxın Tasnim agentliyi onun “Heç bir ölkə ilə müharibə istəmirik, lakin özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik” sözlərini yayıb.