Əsas səhifə » Putin təhlükəsizlik zəmanəti olmadan sazişi pozacaq - Böyük Britaniya

Putin təhlükəsizlik zəmanəti olmadan sazişi pozacaq - Böyük Britaniya

BAKI,AzerVoice

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna üçün təhlükəsizlik təminatları olmadan Rusiya prezidenti Vladimir Putinin potensial sülh sazişini pozacağını bildirib.

AzerVoice xəbər verir ki, Starmer bu açıqlamanı Qərb hərbi rəsmilərinin Londonda keçirdiyi və Ukraynadakı mümkün sülh razılaşmasının hərbi aspektlərinin müzakirə edildiyi toplantıdan sonra verib.

Baş nazirin sözlərinə görə, 20-dən çox ölkənin iştirak etdiyi bağlı qapılar arxasında keçirilən görüşdə Ukraynaya qoşun göndərmək və təhlükəsizlik təminatları müzakirə olunub. O əlavə edib ki, təhlükəsizlik tədbirləri göründüyü təqdirdə sazişin davamlı olması mümkündür və Rusiyaya hər hansı pozuntuya görə ciddi nəticələrlə qarşılaşacağını anlatmaq vacibdir.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün aparılan danışıqlar Qərbin təhlükəsizlik zəmanətlərini müzakirə etdiyi kritik mərhələyə daxil olub.

Digər Kateqoriyalar

2025 © Azervoice