Bakı, AzerVoice
Komandam və mən, daimi sülhə nail olmaq üçün Prezident Trampın güclü liderliyi altında işləməyə hazırıq.
AzerVoice xəbər verir ki, bu sözlər Ukrayna prezidenti Volodimir Zelenskinin verdiyi açıqlamada yer alıb.
Zelenski bildirib ki, Ukrayna daimi sülhə nail olmaq üçün mümkün olan ən qısa müddətdə danışıqlar masasına oturmağa hazırdır və heç kim ukraynalılar qədər sülh istəmir.
"Biz müharibəni bitirmək üçün sürətli addımlar atmağa hazırıq. Raket və pilotsuz uçuş aparatlarının hücumlarının dayandırılması, enerji və digər mülki infrastruktur obyektlərinə hücumların qarşısının alınmasını, sonrakı mərhələlərdə isə çox tez bir şəkildə ABŞ ilə yekun razılaşma üzərində işləmək istəyirik",- deyə o qeyd edib.
O həmçinin, Amerikanın Ukraynanın suverenliyini və müstəqilliyini qorumaq üçün etdiyi hər şeyə həqiqətən dəyər verdiyini vurğulayıb və dərin minnətdarlığını çatdırıb.
"Cümə günü Vaşinqtonda, Ağ Evdə baş tutan görüşümüz istədiyimiz kimi keçmədi. Bu hal bizi məyus etdi. Amma artıq hər şeyi yoluna qoymağın vaxtıdır. Gələcək əməkdaşlığın və ünsiyyətin daha konstruktiv olmasını istəyirik. Qiymətli metallar sazişinə gəldikdə isə, Ukrayna bu anlaşmanı istənilən vaxt və istənilən formatda sazişi imzalamağa hazırdır. Biz bu sazişi güclü təhlükəsizlik təminatları istiqamətində atılmış mühüm addım kimi görürük və onun həqiqətən effektiv işləyəcəyinə ümid edirik",- deyə o bildirib.
Qiymətli metallar sazişinə gəldikdə isə, Ukrayna bu anlaşmanı istənilən vaxt və istənilən formatda sazişi imzalamağa hazırdır. Biz bu sazişi güclü təhlükəsizlik təminatları istiqamətində atılmış mühüm addım kimi görürük və onun həqiqətən effektiv işləyəcəyinə ümid edirik."