Əsas səhifə » Yaponiya bir həftədir ki, yanır: 2600 hektar ərazi külə dönüb

Yaponiya bir həftədir ki, yanır: 2600 hektar ərazi külə dönüb

BAKI, AzerVoice

Fevralın 26-da Yaponiyanın İvate əyalətinin Ofunato şəhərində başlayan meşə yanğınından bir həftə keçir və bütün səylərə baxmayaraq alovu söndürmək mümkün olmayıb.

AzerVoice xəbər verir ki, Yanan meşə sahəsinin ölçüsü 2600 hektara çatdı ki, bu da Ofunato şəhərinin təxminən 8 faizinə bərabərdir.

1896 təsərrüfatda yaşayan 4596 nəfərə təxliyə xəbərdarlığı edilərkən, məlum olub ki, bu gün 1215 nəfər təxliyə məntəqələrində, 2726 nəfər isə otellərdə və qohumlarının evlərində məskunlaşıb.

Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi (FDMA) 14 əyalətdən 2043 yanğınsöndürən və Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) dəstəyi ilə hava və qurudan eyni vaxtda söndürmə işlərinin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Yaponiyanın İvate əyalətinin Ofunato şəhərində fevralın 26-da başlayan meşə yanğını bölgədə təsirli olan quraq hava və küləklər səbəbindən qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğında 1 nəfərin öldüyü açıqlansa da, ən azı 84 tikilinin zərər gördüyü bildirilib. Bildirilib ki, alov nəzarət altına alındıqdan sonra dəymiş ziyanın həcminin artacağı gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice