Əsas səhifə » Yunanıstan müxalifəti hökuməti Londondakı Ukrayna zirvəsinə qatılmamaqla tənqid edib

Yunanıstan müxalifəti hökuməti Londondakı Ukrayna zirvəsinə qatılmamaqla tənqid edib

BAKI,AzerVoice

Yunanıstan hökumətinin Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Ukrayna mövzusunda zirvə görüşünə qatılmaması ölkədə müxalifət partiyaları tərəfindən "uğursuzluq" kimi qiymətləndirilib.

AzerVoice xəbər verir ki, ölkənin əsas müxalifət partiyaları hökumətin xarici siyasətini zəif və təsirsiz olmaqda ittiham ediblər.

PASOK partiyasının Xarici Siyasət Sözcüsü Dimitris Mankos və Avropa İşləri Katibi Nikola Papazoglunun birgə açıqlamasında, Yunanıstanın Avropanın təhlükəsizlik arxitekturasına dair mühüm müzakirələrdə iştirak etməməsinin narahatedici olduğu bildirilib.

Açıqlamada, ölkənin Parisdə keçirilən zirvəyə də qatılmadığı xatırladılaraq, Yunanıstanın beynəlxalq arenada daha aktiv rol oynamalı olduğu vurğulanıb.

Həmçinin, Türkiyənin zirvədə iştirak etdiyi xüsusi qeyd edilərək, Yunanıstanın bu tədbirdə olmamasının onun strateji mövqeyini zəiflətməsi ilə bağlı narahatlıq ifadə olunub.

SYRIZA partiyasının Xarici Siyasət Departamentinin yaydığı açıqlamada, hökumətin xarici siyasət strategiyasının "uğursuz" olduğu və ölkənin maraqlarını qoruya bilmədiyi vurğulanıb.

Müxalifət partiyası qeyd edib ki, Yunanıstanın Ukraynaya ağır silahlar göndərməsi diplomatik üstünlük qazandırmaq əvəzinə, ölkəni regional risklərə sürükləyir.

Açıqlamada həmçinin Yunanıstanın beynəlxalq aləmdə söz haqqının getdikcə azaldığı və vacib görüşlərdən kənarda qaldığı bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice