Bakı, AzerVoice
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdən sonra Ağ Evi vaxtından əvvəl tərk edib.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat verib.
Görüşdən sonra planlaşdırılan mətbuat konfransı görüşün nəticələrinə əsasən ləğv edilib.
Digər tərəfdən, Donald Tramp görüşdən sonra belə bir açıqlama verib:
“Bu gün Ağ Evdə çox mühüm görüşümüz oldu. Biz heç vaxt müzakirə etmədən başa düşə bilməyəcəyimiz şeyləri öyrəndik. Emosiyalar insanlardan inanılmaz həqiqətləri üzə çıxarır. Mən müəyyən etdim ki, Zelenski Amerikanın prosesdə iştirak etdiyi müddətcə sülhə hazır deyil, çünki o, bizim iştirakımızın ona danışıqlarda böyük üstünlük verdiyini düşünür. Mən üstünlük istəmirəm, mən sülh istəyirəm. O, ABŞ-a və Ağ Evə hörmətsizlik göstərdi. O, yalnız sülhə hazır olduğu zaman geri qayıda bilər”.