Bakı, AzerVoice
Ukrayana prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə aparaçağı faydalı qazıntılar üzrə danışıqlar çərçivəsində Ağ Evə gəlib.
Azervoice xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
Qeyd edək ki, daha öncə Tramp, Fransa Prezidenti Emmanuel Makronla Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında, Avropanın Ukraynada sülhün əldə edilməsi və bu ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsinə daha çox töhfə verəcəyini vurğulamışdı.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Trampla görüşü zamanı Zelenski ABŞ-ın Ukraynanın nadir torpaqlarına və kritik minerallarına birbaşa sərmayə qoyması ideyasını irəli sürüb. O, bunu ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirməsini təmin etmək üçün atılan addım kimi qiymətləndirib. Lakin Trampın tələb etdiyi şərtlər müharibədə məğlub olan ölkələrə tətbiq edilən təzminatlardan daha sərt idi.
Tramp Fox News-a verdiyi müsahibədə, Ukraynanın 500 milyard dollar ödəməyə razı olduğunu iddia edib.
"Onların çox qiymətli torpaqları var. Ukrayna nadir torpaqlar, neft, təbii qaz və digər ehtiyatlar üçün inanılmaz bir yerdir", - deyə o bildirib.