Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Santorinidə minlərlə zəlzələ qeydə alınıb

    7 Fevral 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Yunanıstanın məşhur turistik adalarından biri olan Santorinidə seysmik aktivlik artmaqda davam edir.

    AzerVoice xəbər verir ki, minlərlə zəlzələnin qeydə alındığı bölgədə vəziyyət gərginləşdiyi üçün bütün adada fövqəladə vəziyyət elan edilib.

    Yunanıstan Seysmoloji Mərkəzinin məlumatına görə, cümə axşamı saat 20:16-da Santorini ilə Amorgos adası arasındakı dənizdə 4,6 bal gücündə zəlzələ baş verib. Təxminən iki saat sonra daha bir 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb.

    Rəsmi qurumlar hələlik tələfat və ciddi dağıntılar barədə məlumat verməsə də, yerli sakinlərin əksəriyyəti adadan təxliyə olunub.

    İndiyə qədər qeydə alınan ən güclü təkan çərşənbə günü 5,2 bal gücündə olub və səlahiyyətlilər bölgədə yamac sürüşmələrinin mümkün olduğunu açıqlayıb.

    Sunami ehtimalına qarşı Santorini sahillərində qoruyucu baryerlər qurularaq, qum torbalarından maneələr yaradılıb. “Bütün fövqəladə planlar hazırdır. Biz hər ehtimala qarşı tədbir görmüşük.” - deyə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

    Santorini Yunan vulkanik qövsünün bir hissəsi olsa da, ekspertlər bu dəfəki zəlzələ aktivliyinin vulkanik hərəkətlərlə deyil, tektonik plitələrin hərəkəti ilə bağlı olduğunu bildirirlər.

    Seysmoloqlar xəbərdarlıq edirlər ki, bölgədə təkanlar həftələrlə davam edə bilər.

    #Yunanıstan #zəlzələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Yunanıstana dəri ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    14 Dekabr 2025 16:00

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25

    Türk Silahlı Qüvvələri hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir - Türkiyə MN

    4 Dekabr 2025 13:27

    İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

    27 Noyabr 2025 09:41

    Yunanıstandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    26 Noyabr 2025 16:23

    Azərbaycandan Yunanıstana neft ixracı artıb

    22 Noyabr 2025 10:12

    Bangladeşdə 5,5 bal gücündə zəlzələ – Dakka şəhərində 3 nəfər həlak olub

    21 Noyabr 2025 11:56
    Demo
    XƏBƏR LENTİ

    2025-ci ilin FIFA mükafatları sahibini tapdı: Dembele və Bonmati ən yaxşı futbolçular seçilib

    Səudiyyəlilərin Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

    Əraqçi Moskva səfərində Rusiya ilə İran-MAQATE dialoqunu müzakirə edəcək

    Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

    İrandan 24 kiloqramdan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb

    Suriya vətəndaşlarının ABŞ-yə girişi tam qadağan edilib

    Bakı Fond Birjasının nümayəndələri Qarabağ Universitetində tələbələrlə görüş keçirib

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 132 milyon dolları keçib (ÖZƏL)

    İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.