Bakı, AzerVoice
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə
yanğınları nəticəsində ölənlərin sayı 29-a çatıb.
AzerVoice xəbər verir ki, ABŞ yanvarın
7-də Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə
yanğınlarının yaralarını sağaltmağa çalışarkən, fəlakətin
qurbanları yenidən ağırlaşıb.
Los Angeles County Coroner Office-dən əldə edilən məlumata görə,
Palisades yanğınında 12, İton yanğınında 17 nəfər həyatını
itirməklə, ölənlərin sayı 29-a yüksəlib.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsindən
verilən açıqlamada, 23,448 hektar əraziyə yayılan Palisades
yanğının hazırda 95 faiz , 14021 hektar əraziyə yayılan İton
yanğını isə 99 faiz nəzarət altına alındığı bildirilib. Ümumilikdə
ən azı 16 291 tikili yararsız vəziyyətə düşüb, 2 090 tikili isə
zədələnib.