Bakı,
AzerVoice
HƏMAS, İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsinin
yaratdığı maneələrin vasitəçilərin səyləri ilə aradan
qaldırıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, HƏMAS-ın
yazılı bəyanatında, fələstinli qrupların və əhalinin bütün
təbəqələrinin iştirakı ilə "milli məhbus mübadiləsi"nin həyata
keçirilməsinin hədəfləndiyi qeyd olunub.
Əsir mübadiləsi razılaşmasının birinci mərhələsində azad ediləcək şəxslərin siyahılarının mərhələlərə və prosedurlara uyğun olaraq Məhbuslar Bürosu tərəfindən hazırlanacağı vurğulanıb.