Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Los-Anceles yanğınları ABŞ tarixində ən bahalı təbii fəlakətdir

    10 Yanvar 2025 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğınlar ölkə tarixində ən bahalı yanğınlar ola bilər.

    AzerVoice xəbər verir ki, JPMorgan tərəfindən yayımlanan son təhlildə yanğınlardan yaranan iqtisadi itkilərin sürətlə artaraq 50 milyard dollara yaxınlaşdığı bildirilib.

    JPMorgan-ın təhlilində qeyd olunur ki, bu yanğınlardan sığortalanmış itkilər 20 milyard dolları ötə bilər. Əgər yanğınlar nəzarət altına alınmasa, sığortalanmış itkilərin həcmi daha da arta bilər.

    Analitiklər vurğulayıblar ki, bu rəqəm 2018-ci ildə baş verən "Camp Fire" yanğınından daha böyük zərərdir. Həmin yanğın nəticəsində sığortalanmış zərər təxminən 10 milyard dollar olmuşdu və bu, indiyə qədər ABŞ tarixində ən bahalı yanğın hadisəsi sayılırdı.

    Kredit reytinq agentliyi Morningstar DBRS də Los-Ancelesdə baş verən yanğınların sığorta şirkətləri üçün böyük zərərlərə səbəb olacağını bildirib. Agentlik, "İlkin hesablamalara görə, yanğınların təsirinə məruz qalan əmlakların sayından asılı olaraq, ümumi sığorta itkiləri 8 milyard dolları keçə bilər." - deyə bildirib.

    Yanğınların ən pisi Santa Monikadan Malibuya qədər olan ərazidə baş verir. Bu ərazi ölkənin ən bahalı daşınmaz əmlaklarının yerləşdiyi bölgədir. Orta hesabla bir evin dəyəri burada 2 milyon dolları ötür.

    Los-Ancelesin Pacific Palisades bölgəsində isə su çənlərinin tükənmək üzrə olduğu bildirilir. Bu, yanğınsöndürmə əməliyyatlarını daha da çətinləşdirir.

    AccuWeather tərəfindən yayımlanan hava proqnozu məlumatlarına əsasən, Kaliforniya yanğınlarının yaratdığı ümumi iqtisadi zərərlər və itkilər ilkin hesablamalara görə 52-57 milyard dollar arasında dəyişir.

    Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yanğınlar Kaliforniyanın onsuz da kövrək olan sığorta bazarına ağır təzyiq göstərəcək.

    #ABŞ #meşə yanğınları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38
    XƏBƏR LENTİ

    Ramazan ayının təqvimi açıqlandı

    Bu icra başçısına töhmət verildi

    Türkiyənin Türkmənistana dəri məhsulları satışı kəskin azalıb (ÖZƏL)

    Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    Obama yadplanetlilər haqqında susqunluğunu pozdu: Onlar həqiqətən varmı?

    İranla danışıqlarda "dolayı yolla" iştirak edəcəyəm - Tramp

    Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 18 nəfər saxlanıldı

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.