Bakı, AzerVoice:
İsraili Qəzza zolağında axan qanı dayandırmağa, Fələstin probleminin həlli ilə bağlı danışıqlara yenidən başlamağa çağırırıq.
AzerVoice xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz Baş Assambleyanı Fələstin-İsrail probleminin sülh yolu ilə həlli ilə bağlı danışıqlara yenidən başlamağa və beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq", - deyə Zaxarova bildirib.