Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Feminizm gender bərabərliyi deyil

    2 Avqust 2023 13:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Cəmiyyətin diqqət mərkəzində olan "gender bərabərliyi" anlayışı özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Ölkəmizdə irqindən,cinsindən, din və milliyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.

    Əgər ölkə qadın və kişilərin hüquqlarını eyni qaydada qoruyursa və onlar arasında ayrı-seçkiliyə yol vermirsə, qadın-kişi bərabərliyi haqqında deyilənlər formal xarakter daşımırsa, deməli, orada gender bərabərliyinin təmin edilməsindən və insan hüquqlarının qorunmasından danışmaq olar. Lakin təəssüf ki, bu gün bütün ölkələrdə qadın-kişi hüquqları eyni səviyyədə təmin edilmir. 21-ci əsrdə yaşasaq da, qadınlarla hələ də orta əsrlərdə olduğu kimi davranan, qadın və kişilər arasında cinsi ayrı-seçkiliyə yol verən, qadının söz haqqını əlindən alan, təhsil almaq, işləmək hüququna məhəl qoymayan ölkələr var. Məsələn, 2020-ci il üzrə Gender Bərabərsizliyi İndeksinə görə, Yəmən dünyanın gender bərabərliyinin ən az təmin olunduğu ölkə olub (Buna səbəb isə, Yəməndə uzun müddət davam edən hərbi qarşıdurmalar olub).

    Nəticə etibarilə, bəzi ölkələr qadınları şiddətdən qorumağa, onların işləməsi üçün stimullaşdırıcı tədbirlər görməyə çalışsalar da, bu məsələləri tam həll edə bilmir, qadınların iqtisadi fəallığına tam nail ola bilmir. Bu isə qadınların normal yaşamaq, yaxşı təhsil almaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarının pozulması ilə nəticələnir.

    Dünya praktikasına nəzər salsaq, qərbdə qadınlara seçki hüququ verən ilk dövlət 1893-cü ildə Yeni Zelandiya olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur.

    1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub. Azərbaycan qadınları qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.

    Bu gün demək olar ki, Azərbaycan qadınları sadalanan hüquqların heç birindən məhrum deyillər. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlığa malik olması birmənalı şəkildə təsbit edilib. Konstitusiyada cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir, insan hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılması qadağan olunur.

    Qadınlarımızın siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə və s. orqanlarda təmsil olunur, məsul vəzifələr daşıyırlar.

    “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Ancaq ölkəmizdə qadınların kişilərlə bərabər hüquqa malik olduğu qanuni olaraq sənəddə əks olunsa da, adətən fikir ayrılıqları yaranır. Nədənsə, gender bərabərliyi dedikdə bu anlayışın yalnız qadınlara aid olduğu kimi yanlış təbliğatlar aparılır və bu anlayış daha çox qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində, bu, tam yanlış yanaşmadır. Təəssüf ki, bəzən müəyyən təbliğatlar fonunda “gender bərabərliyi” şüarı ilə feminist hərəkatlarına da rast gəlinir. Bəzi hallarda isə qadınların müdafiəsi artdıqca kişilərin hüquqları pozulur.

    Gender bərabərliyi, həmçinin kişilərin də hüquqlarının qorunması, kişilərlə qadınların bərabər olduqlarını özündə ehtiva edir.

    Həqiqətdir ki, müasir dövrümüzdə bir çox ailələrdə qadınlar kimi kişilər də kifayət qədər fəallıq nümayiş etdirirlər, belə ki, ev işlərinin görülməsində, uşaqların qayğısına qalmaqda onlar həyat yoldaşlarına aktiv şəkildə kömək edirlər. Amma bəzi hallarda qadınların kişiləri “istismarı” halları ilə də qarşılaşırıq. Məsələn, gününü gözəllik salonlarında, butiklərdə keçirməyi, qarderobunu bahalı brendlərlə doldurmağı sevən qadınlar heç bir yerdə işləmədikləri halda, kişidən maddi tələbatını ödəməyini israr edir. Bax budur, istismar. Kişi bu tələbin qarşılığını ödəmə qabiliyyətində olmadığını anlasa da, çox vaxt ailənin dağılmaması üçün normadan çox işləməyə məcbur olur. Təbii ki, bu misal hər bir qadına aid edilmədiyi kimi, bütün kişilərə də şamil olunmur.

    Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin sayı-hesabı yoxdur. Bərabərlikdən danışırıqsa, əks-cinsin nümayəndələrini nəzərə almamaq mümkün deyil. Kişi hüquqları ilə bağlı hansısa beynəlxalq konvensiya, yaxud qurum varmı? Araşdırmamıza əsasən, dünyada kişi hüquqları ilə bağlı yeganə dövlət qurumu ABŞ-ın Nyu-Çersi ştatındakı kişilərin işlərinə dair komitədir. Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki, kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və hazırda həmin sahədə estafet ABŞ-a keçib.

    Feminist ruhda böyüyən və tərbiyə alan insanlar qadın hüquqlarının “müdafiəsi” zamanı nə qədər kişinin hüququnu pozduqlarını unudurlar. Qadın və kişi bərabərliyi Yeni Dünyanın qurulması üçün zəruri bir ruhani prinsipdir. Qadın və kişinin istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin maddi və ruhani tərəqqisi mümkün olmayacaqdır.

    Aytac Süleymanova

    Twitter: a_alieva_

    #Aytac Süleymanova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

    12 Noyabr 2025 10:22

    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler

    5 Noyabr 2025 15:44

    Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı: Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının yol xəritəsi

    4 Noyabr 2025 12:43

    Terrorsuz Türkiyə hədəfində fikir ayrılığı yoxdur - Bahçeli

    4 Noyabr 2025 12:41

    Türkiyə ilə yaxın tərəfdaşlığı genişləndirmək istəyirik - Merts

    30 Oktyabr 2025 11:57

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Suriyanın milli birliyinin təmin edilməsi regional sülhün açarıdır

    25 Oktyabr 2025 08:00

    Türkiyə beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

    4 Dekabr 2023 06:10

    Yaxın Şərqin açar aktoru: Türkiyə

    21 Noyabr 2023 11:04

    Azərbaycan tarixi abidələri erməni vandalizminin qurbanıdır

    18 Aprel 2023 13:03

    Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi

    8 Mart 2023 17:05

    Dilin saflığının qorunmasında medianın rolu

    20 Fevral 2023 12:57
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyədən Qətərə elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Yuxuda pul görmək necə yozulur?

    Qısa video trendinin qaranlıq tərəfi – 98 min nəfərlik araşdırma

    Qəzzada soyqırımı törədən İsrail hesab edir ki, İran quldur dövlət kimi davranır

    İsrailin 153 fələstinlini Qəzzadan Cənubi Afrikaya göndərməsi sürgün şübhələrini artırır

    İstanbulda metro tikintisi zamanı qəza baş verib

    Bu gün türk düşməni Fyodor Dostoyevski ölüm cəzasına məhkum edilib

    Tarixdə bu gün – 16 Noyabr

    Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.