Əsas səhifə » Prezident seçkiləri partiyaların cəmiyyətdə hansı nüfuza sahib olmalarını göstərməkdən ötrü demokratik imkandır - Deputat

Prezident seçkiləri partiyaların cəmiyyətdə hansı nüfuza sahib olmalarını göstərməkdən ötrü demokratik imkandır - Deputat

Bakı, AzerVoice:

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin təyin olunması tarixi zərurətdən irəli gəlirdi. 1991-ci il oktyabrın 18-dən - “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildiyi vaxtdan bu günə qədər keçən dövrdə ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində baş tutacaq.

AzerVoice xəbər verir ki, bunu secki-2024.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

O vurğulayıb ki, Azərbaycan Respublikasının dövlət suverenliyi bütün ölkə ərazisində tam bərqərar edilib, Dövlət Bayrağı hər bir yaşayış məntəqəsində dalğalanır: “Bu isə Azərbaycanda tamamilə yeni tarixi reallıq yaradıb. Ölkə həyatında yeni dövr başlayıb. Hazırda məcburi köçkünlər planlı şəkildə öz yurdlarına qayıdırlar. Dövlət suverenliyinin tam bərqərar edilməsinin yaratdığı yeni gerçəklik növbədənkənar Prezident seçkilərinin keçirilməsini də zəruri edib”.

Deputat bildirib ki, prezident seçkiləri millətin nə düşündüyünü, partiyaların öz güclərini, cəmiyyətdə hansı nüfuza sahib olduğunu göstərməkdən ötrü dövlət hakimiyyətinin yaratdığı əlverişli demokratik imkan və yoldur:

“Bu, eyni zamanda partiyaların daxili imkanlarını, təşkilati strukturunu, zəif yerlərini bilmək, seçki təcrübəsini öyrənmək və təkmilləşdirmək baxımından da bir fürsətdir”.

Digər Kateqoriyalar

2025 © Azervoice