Əsas səhifə » Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirdi – Müşfiq Cəfərov

Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirdi – Müşfiq Cəfərov

Bakı. AzerPress:

Bu gün Azərbaycan Respublikası tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır, ölkə başçımız cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi, “müstəqilliyimiz heç bir zaman bu qədər möhkəm olmamışdır”. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək, yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib.

Bunu AzerPress-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.

“Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. 1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi.

Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi. Dövlət başçımız ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, həqiqi lider olduğunu bir daha sübuta yetirib”, - deyə deputat qeyd edib.

O bildirib ki, Azərbaycan hazırkı geosiyasi dəyişiklərdə, demək olar ki, istənilən xəritədə özünə yer tapmış bir dövlətdir və Azərbaycan dünya üçün etibarlı tərəfdaşdır.

“Artıq sübuta yetirilib ki, sözümüz söz, imzamız imzadır. Azərbaycan müstəqil dövlətdir, güclü ordusu, güclü və qətiyyətli lideri və hər zaman liderinin arxasında dəmir yumruq kimi bir olan xalqı var!”, - deyə deputat vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice