Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib

    16 Oktyabr 2025 14:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,TurkicWorld

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

    TurkicWorld xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

    Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.

    Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı.

    O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.

    Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.

    Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

    16 Oktyabr 2025 16:24

    Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    16 Oktyabr 2025 15:55

    Prezident İlham Əliyev Misirin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    16 Oktyabr 2025 13:55

    Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    16 Oktyabr 2025 12:30

    Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

    16 Oktyabr 2025 12:28

    Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    15 Oktyabr 2025 14:50

    Prezident İlham Əliyev Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

    15 Oktyabr 2025 13:27

    Prezident İlham Əliyev: Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin göstəricisidir

    15 Oktyabr 2025 13:27

    Prezident İlham Əliyev: Üçüncü Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi xüsusi məna daşıyır

    15 Oktyabr 2025 13:26

    Prezident İlham Əliyev MDB dövlətləri ilə səhiyyə sahəsində əməkdaşlıq barədə Sazişi təsdiqləyib

    15 Oktyabr 2025 13:25

    Prezident İlham Əliyev: Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir

    15 Oktyabr 2025 13:24

    Prezident İlham Əliyev III Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    15 Oktyabr 2025 13:23
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

    Karabük Xəstəxanasında yeni xəstə daşıma lifti quraşdırılacaq

    Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

    İsrail daha 30 fələstinlinin cəsədini Qəzzaya təhvil verdi

    Taleh Kazımov Çin Xalq Bankının sədri ilə görüşüb

    Türkiyənin Bandırma limanı 3 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Madagaskarda hərbi çevrilişdən sonra yeni keçid dövrü başlayır

    Türk Silahlı Qüvvələri Qəzzada sülhün qorunması üçün hər cür vəzifəyə hazırdır - Türkiyə MN

    Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.