BAKI, AzerVoice
İran ABŞ-ın ölkədəki nüvə obyektlərinə etdiyi hücuma cavabını bir iki gün ərzində verə bilər.
AzerVoice xəbər verir ki, bu barədə “Reuters” agentliyi adları açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Rəsmilərin qiymətləndirməsinə görə, İranın cavab hücumlarının əsas hədəfi Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələri ola bilər. Bildirilib ki, bölgədə təxminən 40 min amerikalı hərbçi mövcuddur.
Eyni zamanda, mənbələr bildiriblər ki, Vaşinqton yaranmış vəziyyəti diplomatik yolla həll etməyə çalışır və İranın cavab hücumundan imtina etməsinə nail olmaq istəyir.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.