Bakı. AzerVoice:
İsrail ordusu Qəzzanın səhiyyə müəssisələrinə ən azı 450 hücum edib, nəticədə 723 tibb işçisi həlak olub, 924 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
"Eyni zamanda, Qəzzada sıxlıq və sanitar şəraitin olmaması səbəbindən yoluxucu xəstəliklər həmişəkindən daha sürətlə yayılır. Müharibə zamanı suçiçəyi və hepatit də daxil olmaqla, təxminən 1,5 milyon infeksiya qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İsrail mayın 26-da Rafahda məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və 23-ü qadın, uşaq və qoca olmaqla ən azı 45 fələstinlinin həyatını itirib, 249 fələstinlinin isə yaralanıb.