Əsas səhifə » Son üç həftədə Rəfahda 1 milyon fələstinli yerindən didərgin düşüb

Son üç həftədə Rəfahda 1 milyon fələstinli yerindən didərgin düşüb

Bakı. AzerVoice:

Son üç həftədə Rəfahda 1 milyon fələstinli yerindən didərgin düşüb.

AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlayıb.

Açıqlamada Qəzzada fələstinlilərə yardım və müdafiənin hər keçən gün təmin edilməsinin az qala qeyri-mümkün hala gəldiyi vurğulanıb.

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İsrail mayın 26-da Rafahda məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və 23-ü qadın, uşaq və qoca olmaqla ən azı 45 fələstinlinin həyatını itirib, 249 fələstinlinin isə yaralanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice